Dünya
Zelenski ABŞ ilə danışıqlarda ən mürəkkəb məsələni açıqladı
"Ukrayna ABŞ ilə Berlindəki danışıqlarda ərazi məsələsi üzrə razılığa gələ bilməyib". Oxu.Az RBC.ua-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu açıqlamanı Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında verib. Prezident əlavə edib ki, Ukrayna nümayəndələri amerikalı həmkarları ilə danışıqları davam etdirəcəklər. Nəticə əldə etmək üçün demək olar ki, gecə-gündüz iş aparılır. Zelenskinin sözlərinə görə, ərazilər ən mürəkkəb məsələlərdən biridir. "Ərazilərlə bağlı kifayət qədər dialoq aparıldı. Açığı, hələ də fərqli mövqelərimiz var. Amma düşünürəm ki, həmkarlarım mənim şəxsi mövqeyimi eşitdilər. Bu mövqeyi şəxsən çatdıra bildiyim üçün çox şadam", - deyə o bildirib.
Mənbə
oxu.az