Dünya

Tailand Kamboca ilə atəşkəs üçün şərtlərini açıqladı

15 Dec 2025, 19:18 1 baxış
Tailand Kamboca ilə atəşkəs üçün şərtlərini açıqladı
"Tailandın üç tələbi yerinə yetirilərsə, ölkə rəsmiləri Kamboca ilə atəşkəs barədə danışıqlar aparacaqlar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalanqkun deyib. "Birincisi, Kamboca açıq şəkildə atəşkəs elan etməlidir. İkincisi, bu atəşkəs tətbiq olunmalı və ona riayət edilməlidir. Üçüncüsü, Kamboca minatəmizləmə səylərində ciddi şəkildə iştirak etməlidir", - deyə o bildirib. XİN rəsmisi əlavə edib ki, Tailand sərhəd münaqişəsini sülh yolu ilə həll etmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Xatırladaq ki, Tailand-Kamboca sərhədində toqquşmalar dekabrın 7-dən başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər