Kriminal

Qaxda "Opel" dirəyə çırpıldı, xəsarət alanlar var

15 Dec 2025, 17:44 1 baxış
Qaxda "Opel" dirəyə çırpıldı, xəsarət alanlar var
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qıpçaq kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Əfqan Əhliman oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Seymur Aydın oğlu Əhmədov xəsarət alıblar. Xəsarət alanların hər ikisi rayonun İbaxlı kənd sakinidir. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər