Dünya
Ermənistan "seçkiyə xarici müdaxilə" ilə mübarizədə Aİ-dən kömək istəyir
Ermənistan "qarşıdan gələn seçkiyə xarici müdaxilə" ilə mübarizə mövzusunda Avropa İttifaqından kömək istəyib. Oxu.Az "Sputnik Ermənistan"a istinadən bildirir ki, bunu Aİ-in ali nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə bildirib. Onun sözlərinə görə, İrəvan Brüsselin əvvəllər Moldovaya göstərdiyi dəstəyin eynisinə ümid edir. K.Kallas qeyd edib ki, Aİ seçki ərəfəsində Ermənistana kömək üçün mümkün formatları tezliklə müzakirə edəcək. Ermənistan Xarici İşlər Nazirliyi bu mövzuda heç bir şərh verməyib. Daha əvvəl Aİ 2026-cı il parlament seçkisindən əvvəl Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu açıqlayıb. Vəsaitlərin "xarici məlumatların manipulyasiyası, müdaxilə ilə mübarizə" və kibertəhlükəsizliyi gücləndirmək üçün yönəldilməsi nəzərdə tutulur. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos qeyd edib ki, yardımın məqsədi Ermənistan qurumlarının hibrid təhdidləri proqnozlaşdırmaq və onlara cavab vermək potensialını gücləndirməkdir.
Mənbə
oxu.az