Dünya

KİV: Kiyev seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə hazırdır

15 Dec 2025, 14:38 1 baxış
KİV: Kiyev seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə hazırdır
Kiyev hakimiyyəti müəyyən şərtlər daxilində 100 gün ərzində seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə razılaşmağa hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" öz mənbələrinə istinadən məlumat verir. Mənbələrin sözlərinə görə, Ukrayna müəyyən şərtlər daxilində ABŞ-nin planının hər iki bəndini (prezident seçkisinin keçirilməsi və NATO üzvlüyündən imtina) qəbul etməyə hazırdır. Bundan əlavə, Kiyevin hazırkı təmas xəttini "dondurmağa" hazır olduğu, lakin qoşunlarını bütünlükdə Donbasdan çıxarmaqdan imtina etdiyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər