Kriminal

Bakıda TIR dənizə düşmək təhlükəsi ilə üzləşib

15 Dec 2025, 12:38 1 baxış
Bakıda TIR dənizə düşmək təhlükəsi ilə üzləşib
Bakı limanının ərazisində yük avtomobili dənizə düşmək təhlükəsi ilə üzləşib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı "Schmitz" markalı yarımqoşqulu yük avtomobili sürüşərək liman ərazisində dənizə meyillənib.
Sürücünün sözlərinə görə, yolun xeyli sürüşkən olması səbəbindən TIR idarəetmədən çıxmağa başlayıb: "Əyləci basmışdım, amma yer sürüşkən idi. Anidən külək gücləndi və sürüşmə daha da artdı. Avtomobildə yük olduğundan tarazlıq itdi. Hadisə bir anın içində baş verdi. Gözüm və üz nahiyəm zədələndi, amma sonda qurtuldum". Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Məhərrəm Əliyev
Bakıda TIR dənizə düşmək təhlükəsi ilə üzləşib
Mənbə oxu.az

Oxşar Xəbərlər