Dünya
Berlində keçirilən ABŞ-Ukrayna danışıqlarında gözlənilməz iştirakçı
Berlində baş tutan Ukrayna-ABŞ danışıqlarında NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçin Birləşmiş Ştatlar tərəfindən iştirakı diqqəti cəlb edib. Oxu.Az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşlə bağlı görüntüləri sosial media hesabında paylaşıb. Fotolardan görünür ki, Qrinkeviç Uitkoffun solunda, ABŞ lideri Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner isə sağında oturub. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və onun müşavirinin ABŞ nümayəndələri ilə görüşü beş saat davam edib. Tərəflər ABŞ-nin 20 bəndlik sülh planı və iqtisadi məsələləri bağlı müzakirələr aparıblar. Danışıqlar dekabrın 15-də davam edəcək.
Mənbə
oxu.az