Dünya
Kamboca-Tailand sərhədində toqquşmalarda 12 nəfər ölüb
Kamboca-Tailand sərhədində bu ayın əvvəlindən bəri şiddətlənən silahlı münaqişə nəticəsində 12 kambocalı həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Khmer Times" nəşri məlumat yayıb. Məlumata görə, atışmalar nəticəsində 74 nəfər yaralanıb və 400 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Xəbərdə bildirilir ki, hücumlar zamanı Tailand ordusu qırıcı təyyarələrlə hücum da daxil olmaqla ağır silahlardan, eləcə də kaset bombalardan istifadə edib.
Mənbə
oxu.az