Dünya
"Axios": Kamala Harris prezident seçkisinə qatılacaq
Sabiq vitse-prezident Kamala Harris növbəti prezident seçkisində iştirak edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, məlumatı "Axios" yayıb. Nəşrin bildirdiyinə görə, K.Harris, əvvəlki kimi, 2028-ci il demokratların partiyadaxili seçkidən öncəsi ictimai rəy sorğularında aparıcı yer tutur. Qaradərili seçicilər arasında da onun güclü nüfuzu var. O da qeyd olunur ki, siyasətdə, xüsusən də seçkidən iki il əvvəlki rəy sorğularına etibar etmək ciddi qəbul olunmur.
Mənbə
oxu.az