Kriminal
Uzunqulağın səbəb olduğu zəncirvari qəza ilə bağlı sürücü danışdı: "Bakıdan toydan qayıdırdım"
Goranboyda zəncirvari qəza baş verib. Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, magistralda hərəkətdə olan minik avtomobillərindən biri qarşısına çıxan uzunqulağı vurub. Daha sonra uzunqulaq digər avtomobilin önünə çıxıb. Zəncirvari qəza zamanı 4 avtomobil toqquşub. "Bakıdan toydan qayıdırdım. Qarşımdakı avtomobil qəfil dayandı. Uzunqulağın qanı yola töküldüyü üçün maşını saxlaya bilmədim, sürüşərək önümdəki avtomobilə dəydim", - deyə sürücü Zahid Bayramov bildirib. Faktla bağlı araşdırma aparılır. Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə
oxu.az
Oxşar Xəbərlər