Dünya
Braun Universitetindəki atışmada iştirak edən şəxs snayper hazırlığı keçibmiş
ABŞ-nin Providens (Rod-Aylend ştatı) şəhərində yerləşən Braun Universitetindəki atışma hadisəsi ilə bağlı saxlanılan Bencamin Erikson əvvəllər ölkənin silahlı qüvvələrində xidmət edib və snayper hazırlığı keçib. Oxu.Az xəbər verir ki, CNN telekanalı bu barədə mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, 24 yaşlı B.Erikson 2021-24-cü illərdə ABŞ ordusunda qulluq edib. O, Arlinqton qəbiristanlığında ABŞ prezidentinin iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizliyi təmin edirmiş. Hərbçi hətta "qüsursuz xidmətlərinə görə" medal da alıb. Bundan başqa, o da məlum olub ki, saxlanılan şəxs Viskonsin-Miluoki Universitetində onlayn psixologiya oxuyub və sonradan təhsilini Braun Universitetində davam etdirib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az