Dünya
Mərakeşdə daşqınlar nəticəsində azı 21 nəfər ölüb
Mərakeşin Safi əyalətində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində azı 21 nəfər ölüb. Oxu.Az "Reuters"ə istinadən bildirir ki, bu barədə yerli rəsmilər məlumat veriblər. Xəbərə görə, təbii fəlakət zamanı azı 32 nəfərin xəsarət aldığı bildirilib. Qeyd olunub ki, Rabatdan 330 km cənubda yerləşən Safi şəhərində təxminən bir saat davam edən güclü yağışlar nəticəsində evləri, mağazaları su basıb, sel avtomobilləri aparıb və yolları bağlayıb. Daşqınlar Mərakeşdə yeddi illik quraqlıqdan sonra qeyri-adi yağışlı hava şəraiti fonunda baş verib.
Mənbə
oxu.az