Dünya

Uitkoff: "ABŞ və Ukrayna arasındakı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub"

15 Dec 2025, 04:08 1 baxış
Uitkoff: "ABŞ və Ukrayna arasındakı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub"
"ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə ediblər". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff açıqlama yayıb. "Nümayəndə heyətləri 20 bəndlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə dərin müzakirələr aparıblar. Əhəmiyyətli irəliləyiş əldə edilib və tərəflər sabah səhər yenidən görüşəcəklər", - deyə o bildirib. Qeyd edək ki, dekabrın 14-də baş tutan danışıqlar 5 saatdan çox davam edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər