Dünya

Lukaşenkonun Tramp və həyat yoldaşına nə hədiyyə etdiyi məlum oldu

15 Dec 2025, 01:12 1 baxış
Lukaşenkonun Tramp və həyat yoldaşına nə hədiyyə etdiyi məlum oldu
ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Kolun səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko həmkarı Donald Trampa və həyat yoldaşı Melaniyaya hədiyyələr göndərib. Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, Belarus lideri Trampa Müqəddəs Nikolayın ikonasını, həyat yoldaşı Melaniyaya zərgərlik əşyaları hədiyyə edib. Qeyd edək ki, ABŞ-nin Belarus üzrə xüsusi elçisi cümə günü ölkəyə gəlib. Lukaşenko ilə Kol arasında danışıqlar həmin gün baş tutub və şənbə günü davam edib. Danışıqlar qapalı qapılar arxasında keçirilib. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Venesueladakı vəziyyət və Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər