Kriminal
Goranboyda uzunqulaq zəncirvari qəzaya səbəb oldu
Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai Elantra" markalı avtomobil qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman "Mercedes" markalı minik maşını onu vurub. Uzunqulaq hadisə yerində tələf olub. Hadisəni görən KIA markalı avtomobilin sürücüsü dayanıb. Bu zaman "Hyundai Santa Fe" markalı minik maşını KIA-ya çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər