Dünya
Kolumbiyada məktəb avtobusu qəzaya uğradı: Çox sayda ölü və yaralı var
Kolumbiyada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10-dan çox insan həlak olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Antiokiya əyalətinin qubernatoru Andres Xulian Rendon məlumat yayıb. "Hazırda ondan çox insanın öldüyü və 20 nəfərin yaralandığı bildirilir. Bütün xəstəxana şəbəkəsi bu fövqəladə vəziyyətdə yardım göstərmək üçün səfərbər edilib", - deyə qubernator açıqlamasında yazıb. O, həmçinin vəziyyətə şəxsən nəzarət etmək üçün bölgəyə yollandığını bildirib. "El Tiempo" qəzeti isə 16 nəfərin öldüyünü və 20-dən çox insanın yaralandığını yazıb.
Mənbə
oxu.az