Kriminal

"Beşiktaş" "Trabzonspor"la bacarmadı

14 Dec 2025, 23:02 1 baxış
"Beşiktaş" "Trabzonspor"la bacarmadı

Türkiyə Superliqasında XVI tura start verilib.


Axar.az xəbər verir ki, günün ilk matçında "Qaziantepspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.


Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.


Turun mərkəzi matçı isə Trabzonda baş tutub. Şəhərin eyniadlı komandası evdə "Beşiktaş"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.


Qonaqların heyətində El Bilal Ture 38-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.


Türkiyə Super Liqası


XVI tur


15:30. "Qaziantepspor" - "Göztəpə" - 0:1


18:00. "Karagümrük" - "Kocaelispor" - 1:1


21:00. "Samsunspor" - "Başakşəhər" - 0:2


21:00. "Trabzonspor" - "Beşiktaş" - 3:3

Mənbə axar.az

Oxşar Xəbərlər