Kriminal

Goranboyda 14 yaşlı qızı avtomobil vurub

14 Dec 2025, 18:24 1 baxış
Goranboyda 14 yaşlı qızı avtomobil vurub
Goranboyda piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Naftalan şəhər sakini, 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini, 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər