Dünya

Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb

14 Dec 2025, 14:24 1 baxış
Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb
Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankada genişmiqyaslı daşqınlara və dağıntılara səbəb olub. Tropik qasırğa səbəbindən adanın bütün 25 dairəsi, ümumilikdə 1 milyon 364 min 481 nəfər zərər görüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər