Digər
Sidneydə yəhudi bayramında atışma: 10 nəfər öldü - Video
Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avstraliya mətbuatı yayıb.
Məlumata görə, atışma nəticəsində 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Atəş açan iki nəfərin saxlanıldığı bildirilir.
Sidney polisinin verdiyi məlumata görə, hücum bir neçə ay əvvəldən planlaşdırılıbmış.
Mənbə
axar.az