Dünya

Demet Akalın Güllünün ölümü barədə: "Hər kəsin başına gələ bilər"

14 Dec 2025, 01:42 1 baxış
Demet Akalın Güllünün ölümü barədə: "Hər kəsin başına gələ bilər"
Türk pop musiqisinin ulduzu Demet Akalın Bakıda konsert verib. Oxu.Az xəbər verir ki, tədbir tanınmış təşkilatçı Eyyub Hüseynzadə və onun "Anadolu Events" şirkəti tərəfindən təşkil edilib. Konsertdən əvvəl müğənni hazırda Türkiyədə gündəmdə bəzi məsələlər barədə açıqlamalar verib. Son günlər müğənni Güllünün ölümü ilə bağlı ortaya çıxan iddialardan danışan D.Akalın çox kədərləndiyini deyib: "Güllünün ölümü haqqında çox danışmaq istəmirəm. Çünki hər kəsin övladı var, mənim də bir qızım var. Allah heç kimə övlad dərdi yaşatmasın. Ürəyim ağrıyır. Hadisə dəhşətlidir. Qınamıram... Sadəcə çox kədərlənirəm və nur içində yatmasını diləyirəm. Övlad dediyin də insandır. Bu, hər kəsin başına gələ bilər". O, Fatih Ürekin səhhəti ilə bağlı sualı da cavablandırıb: "Onun üçün çox kədərlənirəm. Hər həftə onun yaxın ətrafından xəbər almağa çalışıram. Ümid edirəm ki, oyanar. Çoxdan barışmışıq. Artıq ürəyimdə inciklik qalmayıb", - deyə sənətçi qeyd edib.
{{gallery}} Töhfə Səməd
Mənbə oxu.az

Oxşar Xəbərlər