Dünya

Trampdan İranla münaqişə və aralıq seçki barədə maraqlı açıqlamalar

02 Oct 2026, 09:18 3 baxış
Trampdan İranla münaqişə və aralıq seçki barədə maraqlı açıqlamalar
ABŞ Prezidenti Donald Tramp bir daha qeyd edib ki, Vaşinqton və Tehran arasındakı münaqişə noyabr ayının əvvəlinə təyin edilmiş Konqresə aralıq seçkidən əvvəl yekunlaşa bilər. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Texas ştatındakı çıxışı zamanı Tramp deyib: "Düşünürəm ki, biz dərhal seçkidən sonra qələbə qazanacağıq, lakin bu, seçkidən əvvəl də baş verə bilər". Onun fikrincə, mövcud iqtisadi problemlər səbəbindən İran çökməyə hazır vəziyyətdədir. ABŞ lideri hesab edir ki, ölkəsi çox asanlıqla qalib gələ bilər. Çıxışından əvvəl Tramp mətbuat nümayəndələrinə bildirib ki, yaranmış böhran bu və ya digər şəkildə çox yaxın zamanda bitəcək. Tramp hesab edir ki, aralıq seçkidə respublikaçılar məğlub olsalar, demokratlar ona qarşı impiçment irəli sürəcəklər. "Bu seçkidə sizdən xahiş edirəm. Mənim adım siyahıda olanda hər şey çox yaxşı alınır. Lakin mən siyahıda olmayanda, insanlar səsverməyə o qədər də fəal getmirlər. Xahiş edirəm, elə təsəvvür edin ki, mən də namizədəm. Sadəcə belə hesab edin . Əgər biz qalib gəlməsək, yekunda demokratlar məni impiçmentə məruz qoyacaqlar". Xatırladaq ki, Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Bu proseslər onun dövlət başçısı vəzifəsindəki ilk səlahiyyət müddətində - 2019 və 2021-ci illərdə baş verib. Hər iki halda Konqresin Senatı impiçmenti rədd edib. Qeyd edək ki, Konqresə aralıq seçkisi noyabrın 3-də keçiriləcək. Bu səsvermədə Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər