Kriminal

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

14 Dec 2025, 01:00 1 baxış
Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu
Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdlü kənd sakini T.Nuriyevanı vurub. Hadisə nəticəsində yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yol-nəqliyyat hadisəsini törədən sürücü ilə xəsarət alan piyada qohumdurlar. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər