Kriminal

Qazaxda ağır qəza: iranlılar yaralandı

14 Dec 2025, 00:49 1 baxış
Qazaxda ağır qəza: iranlılar yaralandı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Tovuz rayon sakini, 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol nişanına çırpılıb. Qəza zaman sürücü, avtomobildə olan sərnişinlər, İran vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər