Digər
"Uşa Avroviziyası"nın qalibi bu ölkə oldu
Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.
Kult.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, müsabiqədə 18 ölkə - Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna iştirak edib.
Qeyd edək ki, ölkəmizi müsabiqədə Yağmur Nəsrullayeva "Miau Miau” mahnısını ilə təmsil edib və 15-ci olub.
Mənbə
axar.az