Digər

Suriyada silahlı hücum: amerikalı hərbçilər yaralandı

13 Dec 2025, 19:40 1 baxış
Suriyada silahlı hücum: amerikalı hərbçilər yaralandı

Suriyanın Xüms əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında atışma baş verib.


Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.


Bildirilib ki, atışma nəticəsində Suriyanın 2 təhlükəsizlik əməkdaşı və bir neçə amerikalı hərbçi yaralanıb. Hücum edən şəxs isə zərərsizləşdirilib.


Hücumun İŞİD terrorçuları tərəfindən həyata keçirildiyi iddia edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər