Kriminal
Üç gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
Sabirabadda üç gün əvvəl Kürdə batmış şəxsin meyiti tapılıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Kür çayında boğulan Şıxsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Anar Şamil oğlu Alməmmədovun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər