Dünya
"Bayraktar Akıncı" yenilənmiş sistemlə test uçuşu keçirib
Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar Akıncı" PUA-sı yeni "ASELFLIR-600" müasir kamera sistemləri ilə təchiz olunduqdan sonra test uçuşu keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, nümayiş olunan yeni qurğu gecikmədən və istiqamət vermədən hərəkətə keçə bilən müdafiə ekosisteminin məhsuludur. "Yerli istehsal olan "ASELFLIR-600" dünyanın ən qabaqcıl elektro-optik məhsulları arasındadır. Etibarlılığı və performansı ilə bu sahədə özünü sübut edib", - deyə Görgün bildirib.
Mənbə
oxu.az