Dünya
Məhkəmə erməni din xadiminin həbs müddətini iki ay uzadıb
İrəvan birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri arxiyepiskop Mkrtıç Proşyanın həbs müddətini iki ay uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə onun vəkili Roman Aqaronyan yerli mətbuata bildirib. "Hakim Karen Farxoyan qərarı bu gün verib. Müdafiə tərəfi hələ məhkəmənin qərarını almayıb və aldığı anda apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib. Yepiskop Proşyan oktyabrın 16-da keşişləri müxalifət mitinqlərində iştiraka məcbur etmək ittihamı ilə iki ay müddətinə həbs olunub.
Mənbə
oxu.az