Kriminal

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

13 Dec 2025, 16:36 1 baxış
Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb. Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub. Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479 manatı çıxararaq talayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər