Kriminal
Bakıda ağac aşaraq altı avtomobilə ziyan vurdu
Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 18 ünvanında təhlükəli vəziyyətdə olan ağaclardan biri aşaraq bir neçə avtomobilə ziyan vurub. Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər. Sakinlər qeyd edirlər ki, aşan ağac altı avtomobili əzib:
"Binanın həyətində təhlükə yaradan digər qurumuş ağaclar da mövcuddur və onların hər an aşma riski var. Bu isə ciddi təhlükə mənbəyidir". Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Məhərrəm Əliyev

Mənbə
oxu.az
Oxşar Xəbərlər