Siyasət
Ordubadın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 25 santimetrə çatıb
Dekabrın 13-ü saat 10:00-a olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. Qar örtüyünün hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 santimetr qeydə alınıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər