Siyasət

Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

13 Dec 2025, 12:20 1 baxış
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr - ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub. Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və "12 Dekabr - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür" şüarı yayımlanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər