Dünya

Britaniya kralı xərçəng xəstəliyi ilə mübarizəsindən danışıb

13 Dec 2025, 11:36 1 baxış
Britaniya kralı xərçəng xəstəliyi ilə mübarizəsindən danışıb
"Xərçəng xəstəliyinin erkən diaqnozu müalicənin gedişatına müsbət təsir göstərib". Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Kralı III Çarlz bildirib. O, vaxtında müayinələrin minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayıb. "Sizinlə xoş xəbəri bölüşə bilərəm: erkən diaqnoz, effektiv müdaxilə və həkim göstərişlərinə əməl edilməsi sayəsində yeni ildə xərçənglə müalicə qrafikim qısala bilər", - deyə kral bildirib. O qeyd edib ki, təxminən 9 milyon britaniyalı müntəzəm müayinədən keçmir və bu da erkən diaqnoz imkanını əldən verir: "Şəxsi təcrübəmdən bilirəm ki, xərçəng diaqnozu çətin hiss oluna bilər. Lakin erkən aşkarlama vacibdir və müalicənin gedişatını dəyişdirir".
Mənbə oxu.az

Oxşar Xəbərlər