Dünya

ABŞ xüsusi təyinatlıları Çindən İrana gedən gəmidə əməliyyat keçirib

13 Dec 2025, 11:00 1 baxış
ABŞ xüsusi təyinatlıları Çindən İrana gedən gəmidə əməliyyat keçirib
Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən gəmini saxlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb. Xəbərə görə, gəmi Şri-Lanka sahillərində olarkən ABŞ xüsusi təyinatlıları layneri dayandıraraq, içərisindəki yükü müsadirə ediblər. Qeyd edilir ki, ABŞ kəşfiyyat orqanları yükün raket proqramı üçün komponentlərin alınması ilə məşğul olan İran təşkilatları üçün nəzərdə tutulduğunu öyrənə bilib. Nəşr əlavə edib ki, mallar müsadirə edildikdən sonra gəmi yoluna davam edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər