Dünya

Qazaxıstanda kafedə partlayış: Azı iki nəfər ölüb, xeyli yaralı var

13 Dec 2025, 09:36 1 baxış
Qazaxıstanda kafedə partlayış: Azı iki nəfər ölüb, xeyli yaralı var
Qazaxıstanın Karaqanda vilayətinin Şetski rayonunda kafelərdən birində qaz balonunun partlaması nəticəsində azı iki nəfər ölüb, 11 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Partlayışın baş verməsinin ilkin səbəbi qaz təchizatı sistemlərində təhlükəsizlik qaydalarının pozulmasıdır. Birmərtəbəli binada qaz balonunun partlaması baş verib, ardınca tavan uçub", - deyə nazirlikdən bildirilib. Xilasedicilər zədələnmiş tikililəri yoxlayır və yanğının təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər