Kriminal
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürdü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın məlumatına görə, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az
Oxşar Xəbərlər