Siyasət

Zərdabda yol PROBLEMİ: "Palçığa görə ayaqqabı geyinmək mümkün deyil"

12 Dec 2025, 18:32 1 baxış
Zərdabda yol PROBLEMİ: "Palçığa görə ayaqqabı geyinmək mümkün deyil"
Zərdab rayonunun Şahhüseynli kəndinin sakinləri yol problemindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, illərdir asfaltsız yoldan istifadə etmək məcburiyyətində qalırlar. Vətəndaşlar deyirlər ki, vəziyyət o qədər acınacaqlıdır ki, artıq kəndə "Çəkməli" adı verilib. "Çünki palçıq səbəbindən ayaqqabı geyinmək mümkün deyil. Nəvələrimi məktəbə çiynimdə aparıb-gətirirəm. Hamilə qadın evdə doğur. Uzunqulaq arabası ilə gəzirik. Neçənci əsrdə yaşayırıq?!" - deyə sakin Elman İslamov narazılığını bildirib. Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə oxu.az

Oxşar Xəbərlər