Siyasət
Sevinc Fətəliyeva: "Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir"
"Ümummilli liderimiz Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Xalqımız, bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, böyük ehtiramla yad edirlər". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputatın fikrincə, tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur:
"Yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan liderlər tarixi şəxsiyyətə çevrilirlər. Eynilə Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi. Heydər Əliyevin siyasi irsi, əslində, dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini, iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Ulu öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir və məhz bunun sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Elə bu səbəbdəndir ki, Heydər Əliyevə ən böyük azərbaycanlı deyirik". S.Fətəliyeva qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb: "Heydər Əliyev beynəlxalq vəziyyəti düzgün təhlil edərək Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda xalqı öz ətrafında birləşdirməyi bacarıb. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Ulu öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Qarabağ məsələsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanındı. 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əsasında məhz ulu öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır". "Bu gün ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana yeni-yeni zəfərlər qazandırır. Ümummilli liderimizin layiqli davamçısı, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Bütün nailiyyətlərin təməlində isə Heydər Əliyev siyasəti dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq. Milli tariximizdə ulu öndərimizin xalqımız üçün misilsiz xidmətləri daim xatırlanacaq". Əzizə İsmayılova

Mənbə
oxu.az
Oxşar Xəbərlər