Siyasət

Bir neçə ölkənin liderləri Türkmənistanın Neytrallıq Abidəsinin önünə əklil qoyublar

12 Dec 2025, 09:26 1 baxış
Bir neçə ölkənin liderləri Türkmənistanın Neytrallıq Abidəsinin önünə əklil qoyublar
Bir neçə ölkənin liderləri Türkmənistanın Neytrallıq Abidəsinin önünə əklil qoyma mərasimində iştirak ediblər. Oxu.Az xəbər verir ki, onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və başqaları olublar. Xatırladaq ki, bu gün Aşqabadda Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forum keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər