Digər

"Disney" "OpenAI"yə bir milyard dollarlıq investisiya yatıracaq

12 Dec 2025, 03:44 9 baxış
"Disney" "OpenAI"yə bir milyard dollarlıq investisiya yatıracaq
"OpenAI" şirkəti "Walt Disney" şirkəti ilə üçillik lisenziya müqaviləsi imzalayıb. Oxu.Az bu barədə "OpenAI" şirkətinin saytına istinadən xəbər verir. Bununla da "ChatGPT Images" və "Sora" istifadəçiləri "Disney", "Marvel", "Pixar"a məxsus filmlərdən 200-dən çox personajın təsvir və videoçarxlarını yaratmaq imkanına malik olacaqlar. Bundan əlavə, "Disney" "OpenAI"yə bir milyard dollarlıq investisiya yatıracaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər