İdman
UEFA Konfrans Liqası: "Fiorentina"dan qələbə, "Samsunspor" məğlub oldu
UEFA Konfrans Liqasının əsas mərhələsinin beşinci turunun oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, turun 18 qarşılaşmasından 9-u artıq başa çatıb. Türkiyənin "Samsunspor" klubu doğma divarlar arasında AEK-ə təslim olub. Meydan sahibləri rəqibin avtoqolu sayəsində hesabı açsalar da, ardıcıl iki qol buraxaraq məğlub olublar - 1:2. Kiyev "Dinamo"su "Fiorentina"nın qoNağı olub. Ukraynalıların bütün cəhdlərinə baxmayaraq, sonda sevinən tərəf italyanlar olublar - 2:1. Başa çatan digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb: "Şkendiya" (Şimali Makedoniya) - "Slovan Bratislava" (Slovakiya) 2:0; "Yagelloniya" (Polşa) - "Rayo Valyekano" (İspaniya) 1:2; "Noa" (Ermənistan) - "Legiya" (Polşa) 2:1; "Drita" (Kosovo) - "AZ Alkmaar" (Niderland) 0:3; "Universitatya" (Rumıniya) - "Sparta Praqa" (Çexiya) 1:2; "Breydablik" (İslandiya) - "Şemrok Rovers" (İrlandiya) 3:1; "Hekken" (İsveç) - AEK (Kipr) 1:1.
Mənbə
oxu.az