İdman

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

11 Dec 2025, 23:48 1 baxış
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının 6-cı turunun ən yaxşı futbolçularından ibarət rəmzi komandasını təqdim edib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Liqa mərhələsinin 6-cı turunun yekunlarına əsasən tərtib olunan rəmzi komandada turnir cədvəlinin lideri “Arsenal”ın hücumçusu Noni Madueke də yer alıb.


Rəmzi komanda


Qapıçı: Unai Simon (“Atletik Bilbao”).


Müdafiəçilər: Niko O'Rayli (“Mançester Siti”), Məhəmməd Salisu (“Monako”), David Hantsko (“Atletiko Madrid”), Jül Kunde (“Barselona”)


Yarımmüdafiəçilər: Lenart Karl (“Bavariya”), Riçard Rios (“Benfika”), Şarl De Ketelare (“Atalanta”)


Hücumçular: Entoni Qordon (“Nyukasl”), Meyson Qrinvud (“Marsel”), Noni Madueke (“Arsenal”)


Qeyd edək ki, 6 turdan sonra maksimum nəticə göstərən “Arsenal” (18 xal) turnir cədvəlinə başçılıq edir. İlk dördlüyü isə “Bavariya” (15 xal), PSJ (13 xal) və “Mançester Siti” (13 xal) tamamlayır.

Mənbə axar.az

Oxşar Xəbərlər