Digər

Soyuqbulaqda Parfiya dövrünə aid qəbristanlıq aşkarlandı

11 Dec 2025, 17:54 1 baxış
Soyuqbulaqda Parfiya dövrünə aid qəbristanlıq aşkarlandı

Yağan güclü yağışlardan sonra Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində Parfiya dövrünə aid tarixi qəbiristanlıq aşkarlanıb.


Kult.az xəbr verir ki, bu haqda Soyuqbulaq rayonunun Mədəni İrs, Əl İşləri və Turizm Departamentinin müdiri Vahid Colani məlumat yayıb.


Onun sözlərinə görə, tarixi qəbiristanlığın aşkarlanmasından sonra bölgəyə tarixi əsər qaçaqmalçılarının axını başlayıb:


"Bunun qarşısını almaq üçün tədbirlər görülsə də, bölgənin araşdırılması üçün vəsait ayrılmalı və tarixi qəbristanlığın mühafizəsi təşkil olunmalıdır".


Qeyd edək ki, Soyuqbulaq mahalı Azərbaycanın tarixi əsərlərlə zəngin bölgələrindən biri sayılır və burada olan tarixi əsərlərin 94-ü İranın milli əsərləri siyahısında qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər