İdman

"Sabah"ın keçmiş baş məşqçisinin yeni iş yeri bəlli oldu

11 Dec 2025, 15:34 1 baxış
"Sabah"ın keçmiş baş məşqçisinin yeni iş yeri bəlli oldu
"Ural" futbol klubu Vasili Berezutskinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb. O bu postda istefaya göndərilən Miroslav Romaşenkonu əvəzləyib. Yekaterinburq komandası Rusiya Birinci Liqasının turnir cədvəlində 21 matçda 41 xal toplayaraq ikinci yeri tutur. Qeyd edək ki, Vasili Berezutski 2024/25 mövsümündə "Sabah"ın baş məşqçisi olub. O, "bayquşlar"la Azərbaycan Kubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər