Digər

Tramp sülh sazişini yenilədi: Ukrayna üçün ağrılı bənd

11 Dec 2025, 15:39 1 baxış
Tramp sülh sazişini yenilədi: Ukrayna üçün ağrılı bənd

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna ilə bağlı yenilənmiş sülh planını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Məlumata görə, plan 4 sənəddən ibarətdir:


- Ukrayna, Rusiya, ABŞ və AB arasında saziş (20 bənd)


- Ukrayna üçün çərçivə təhlükəsizlik təminatları (3 bənd)


- ABŞ-ın NATO qarşısında öhdəliyi (4 bənd)


- Rusiya və ABŞ arasında saziş (12 bənd).


Planın əsas müddəaları:


- Bütün imza atanlar Rusiyanın Krım, Luqansk və Donetsk vilayətləri üzərində nəzarətini tanıyırlar.


- Bu ərazilərin statusu yalnız diplomatik yolla dəyişdirilə bilər, güc yolu ilə deyil.


- Donetsk bölgəsindəki bufer zonası 30% -dir. Ukrayna Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri onun sərhədlərinə daxil deyil.


- Zaporojye və Xerson vilayətləri mövcud xətlərdə dondurulur.


- Rusiya yuxarıda qeyd olunan beş bölgə istisna olmaqla, işğal olunmuş digər ərazilərdən geri çəkilir.


- ABŞ tərəfindən idarə olunan Zaporojye AES-in yenidən işə salınması təklif olunur və Ukrayna elektrik enerjisinin 50%-ni alır.


- Ukraynanın NATO-ya qoşulmaması tələbi yoxdur, amma ABŞ NATO-nun genişlənməyəcəyinə zəmanət verir.


- Ukraynanın yalnız 800 min nəfərlik ordu saxlamasına icazə verilir.


- NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təmin edilir.


- Ukraynada seçkilər sülh sazişi imzalandıqdan 100 gün sonra deyil, tezliklə keçirilməlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər