Digər

İrəvandan Rusiyaya reyslər ləğv edildi

11 Dec 2025, 12:48 1 baxış
İrəvandan Rusiyaya reyslər ləğv edildi

Rusiya paytaxtındakı bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” aviaşirkətinin Moskva-İrəvan reysi ləğv edilib.


Axar.az xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” hava limanı məlumat yayıb.


Uçuş cədvəlinə əsasən, təyyarə Rusiya paytaxtından dekabrın 11-də İrəvan vaxtı ilə təxminən saat 10:00-da yola düşməli idi.


“Rosaviasiya”nın məlumatına görə isə “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.


Təhlükəsizlik tədbirlərinin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilir.


Yekaterinburq-İrəvan reysi də təhlükəsizlik səbəbindən təxirə salınıb.


Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvanın hava limanlarının bağlı olması səbəbindən eniş edə bilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər