Siyasət

Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüblər

11 Dec 2025, 11:53 1 baxış
Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüblər
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. "Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, "S-101 ENC" xəritələrinin hazırlanması, eləcə də "S-100" çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər. Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər", - məlumatda vurğulanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər