İdman
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib. Oxu.Az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 187.5 xalı olan Azərbaycan çempionu 65-ci yerdən 68-ci sıraya düşüb.
"Sabah" (87.25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70.5 xal) 387-dən 360-a qalxıb. "Araz-Naxçıvan" 390-cı pillədən (57.75 xal) 486-cı yerədək geriləyib. Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.

Mənbə
oxu.az