İdman
UEFA Çempionlar Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb. Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperin Bakıda Niderlandın "Ayaks" komandasına qarşı oyundakı seyvi də yeddiliyə düşüb. Qeyd edək ki, ötən axşam baş tutan qarşılaşmada "Qarabağ" "Ayaks"a 2:4 hesabı ilə uduzub.
Mənbə
oxu.az